Xəbər lenti

Azərbaycanda mobil balansdan istifadə ilə ödəmə mümkün olacaq
Texnologiya 18:58 26.11.2017

Azərbaycanda mobil balansdan istifadə ilə ödəmə mümkün olacaq

Azərbaycanın Bakcell mobil rabitə operatoru abonent balansından istifadə etməklə ödəmə xidməti servisinin buraxılma imkanını nəzərdən keçirir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə şirkətin icraçı direktoru Nikolay Bekers deyib.

Onun sözlərinə görə, bu xidmət artıq bir sıra ölkələrdə tətbiq edilir. Şirkətin icraçı direktoru bildirib: "Azərbaycanda belə bir xidmət hələ mövcud deyil. Bu, bir sıra requlyator və hüquqi məsələlərin lazımi şəkildə olmaması ilə şərtlənir. Hazırda biz ideaların formalaşdırlıması mərhələsindəyik ki, bu layihə Azərbaycanda da həyata keçirilsin."

Daha sonra N.Bekers əlavə edib: "Qeyd edim ki, bizdə artıq mikrofinans layihəsi vardır ki, bunun çərçivəsində böyük olmayan ödəmələri həyata keçirmək mümkündür. Hazırda biz bu məsələnin üzərində işləyirik ki, onun genişləndirməklə təşəbbüsü böyüdək. Yəni hazırda biz layihə mərhələsindəyik, konkret nəticələrdən danışmaq hələ tezdir."

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->