Mədəniyyət və Turizm Nazirliyi iyun ayı ərzində bir sıra hüquqi və fiziki şəxslərə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıqlar (lisenziyalar) verib.
Nazirlikdən Qaynar.info-ya daxil olan məlumata görə, bunlar “Afra LTD” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Afra Hotel” (Oğuz), “Sərbəst Çoxsahəli Yenilik” kiçik müəssisəsinə məxsus “Yenilik” (Abşeron), “Maestro Otel” MMC-yə məxsus “Maestro Otel” (Bakı), "Çıraq-M" MMC-yə məxsus “Ramada Plaza” (Gəncə), “Yüksəl” firmasına məxsus “Şah Palace” (Bakı) mehmanxanalarıdır.
Həmçinin fiziki şəxslərə məxsus “Bata-Bat Nabran2 (Xaçmaz) və “Sakit Göl” (Şamaxı) istirahət mərkəzlərinə, “Yeni Motel” (Kürdəmir) mehmanxana tipli obyektə, “Titanik” (Bakı), “Şəki Palace” (Şəki), “Ulduz2 (Xaçmaz) mehmanxanalarına da liseniziya verilib.
Bununla da respublika ərazisində xüsusi razılıq əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 335-ə çatıb.
Qaynar.info
Şərhlər