Video 17:40 09.06.2019

Azərbaycanda “Qaloş piri” biabırçılığı: Başlarına sürtüb, şəfa gözləyirlər (VİDEO)

Sosial şəbəkələrdə Azərbaycanda çəkilən görüntülər rezonans doğurub. Videoda "Qaloş piri” deyilən yerə gələn insanlara şəfa tapmaq, niyyətlərinin qəbul olunması üçün başlarına qaloş sürtdürürlər.

Məsələni oxu.az-ın əməkdaşı araşdırıb.

Məlum olub ki, video Goranboy rayonu Qurbanzadə kəndində çəkilib. Yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Miribiş ağanın evinə yığışıb. Onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları həmin evə qoyurlar.

Həmin görüntüləri təqdim edirik: