Video 23.01.2022

Azərbaycanda qanun dəyişir: Bunu edənlər həbs ediləcək (VİDEO)

Azərbaycanda məişət zorakılığına yol verənlərə qarşı qanunvericilik sərtləşdirilir. Hətta belə şəxslərin həbs olunması da nəzərdə tutulur. Millət vəkili Fazil Mustafa qanunun sərtləşdirilməsinin bir zərurət olduğunu düşünür.

Qaynarinfo xəbər verir ki, Azərbaycanda məişət zorakılığı törədənlər həbs ediləcəklər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.

Burada söhbət iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqindən, yəni kimisə əmlakdan və gəlirlərdən məhrum etməkdən, iqtisadi asılılıq yaratmaqdan və buna bənzər sui-istifadə hallarına yol verməkdən söhbət gedir...

Millət vəkili Fazil Mustafa deyir ki, son vaxtlar ölkədə məişət zəminində zorakılıq hallarının artması qanunvericilikdə dəyişikliklər edilməsini və daha sərt metodların tətbiq olunmasını zəruri edir.

Dəyişiklik bu sahədə olan problemlərin minimumə endirilməsinə şərait yaradacaq..

Vətəndaşların da məişət zorakılığı ilə bağlı məsələlərə münasinbətləri birmənalıdır.

Məsələ Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?