Yaxın günlərdə Azərbaycanda qarpızın qiyməti kəskin bahalaşacaq.
Bu barədə Qaynarinfo-ya açıqlamasında Masallı rayon sakini, fermer Anar Abbasov məlumat verib. Fermer bunun səbəbini qarpız tağlarının tələf olması ilə izah edib:
"Qarpızın qiyməti qalxacaq. Yaxın günlərdə məhsulun bir kiloqramının qiyməti 80 qəpik olacaq. Bu yaxınlarda rayonlarda kütləvi duman oldu. Mütəxəsislər bunun səbəbini bir müdət öncə İran İslam Respublikasından Azərbaycana keçən duman-şeh ilə əlaqələndirib. Dumanın tərkibində radiasiya olub. Bunun da nəticəsində qarpız tağları kütləvi şəkildə yanıb".
Fermer artıq bir neçə rayondan qarpız tağlarının ölməsi ilə məlumatlı olduğunu vurğulayıb:
"Rayonlardan məlumat almışam ki, yaxın vaxtlarda ölkədə qarpız olmayacaq".
Bahar Rüstəmli
Şərhlər