Ekonomiks 18:54 11.08.2020

Azərbaycanda qızıl külçələrin məsuliyyətini bu şirkət daşıyacaq

"AzerGold” QSC-nin nəcib metal tərkibli külçələrinin təyinat məntəqələrinə çatdırılanadək yük sığortası növü ilə sığortalanması xidmətinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Qala Sığorta” ASC olub. 

Qalib şirkətə 297,5 min manat ödəniləcək.