Azərbaycanda qonaq evləri şəbəkəsi yaradılacaq

Azərbaycanda qonaq evləri şəbəkəsi yaradılacaq

"Azərbaycanda böyük və kiçik həcmli qonaq evlərinə dəstəklə bağlı layihənin həyata keçirilməsi nəzərdə tutulur”.

Report xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi yanında "Azərbaycan Turizm Bürosu"nun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmit deyib.

O bildirib ki, hazırda ölkədə təqribən 500-ə yaxın qonaq evləri fəaliyyət göstərir: "Koronavirus pandemiyası ilə əlaqədar qonaq evlərinə tələb artıb. Qonaq evlərinə dəstəyin hansı formada həyata keçirilməsi, onların infrastrukturları, sanitariya məsələləri və digər məsələlər ilə bağlı araşdırma aparılır”

F.Zenqstşmit vurğulayıb ki, layihə çərçivəsində qonaq evləri şəbəkəsinin qurulması nəzərdə tutulur: "Hal-hazırda qonaq evi şəbəkələri mövcud deyil. Məqsədimiz yalnız qonaq evləri üçün şəbəkə qurmaq deyil. Eyni zamanda, yerli rezervasiya (Booking) platforması yaradılacaq. Hazırda platformanın yaradılması ilə bağlı tender keçirilib. Bu platforma ilkin mərhələdə Azərbaycanda istifadə ediləcək. Azərbaycan vətəndaşları, ölkədə yaşayan xarici vətəndaşlar platformanın imkanlarından yararlana biləcəklər. Platformada hotellərin, qonaq evlərini rezervasiyasını həyata keçirmək mümkün olacaq. Həmçinin, platforma vasitəsilə B2B (ikitərəfli görüşlər), B2C ( ticarətdən istehlakçıya) görüşlərinin təşkili kimi məsələlər də mümkün olacaq”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR