Foto 18:37 03.08.2018

Azərbaycanda son 2 gündə 42 qanunsuz miqrant saxlanılıb (FOTOLAR)

Azərbaycan Dövlət Miqrasiya Xidməti (DMX) avqustun1-də və 2-də qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 10-u Hindistan, 7-si Türkmənistan, 5-i Gürcüstan, 4-ü Türkiyə, 2-si Birləşmiş Ərəb Əmirliyi, 2-si Pakistan, 2-si İraq, 2 -si Tacikistan, 1-i Birləşmiş Krallıq, 1-i Rusiya, 1-i Əfqanıstan, 1-i Ukrayna, 1-i Moldova, 1-i Niderland, 1-i Filippin və 1-i İran vətəndaşı olmaqla, ümumilikdə 42 əcnə­bini saxlayıb.

Qurumdan Qayanrinfo-ya verilən məlumata görə, saxlanılan 10 nəfər Hindistan, 1 nəfər Pakistan və 1 nəfər Türkiyə vətən­da­şının qeydiyyat ünvanı üzrə yaşamadıqları, həmçinin 3 nəfər Türkmənistan (səyyar ticarət) və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublisının ərazisində gəlişinin bəyan edilmiş məqsədlərini pozduqları, digər 25 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyənləşdirilib.

O cümlədən, əvvəllər ölkə ərazisindən kənara inzibati qaydada çıxarılmış 1 nəfər - 08.06.1982-ci il təvəllüdlü İraq vətəndaşı Ahmad Jabbar Kadim Tameeminin bilərəkdən pasport məlumatlarını dəyişərək Ahmad Gabar Kadim Tameemi kimi yenidən Azərbaycan Respublikasının ərazisinə daxil olduğu aşkar edilib.

Saxlanılmış əcnəbilərdən 31 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.