Dövrümüzün əvəzedilməz hissəsinə çevirilən sosial şəbəkələr artıq Azərbaycanda da geniş yayılmaqdadır. Dünya məşhurları kimi yerli məşhurlarımız da gündəlik həyatını sosial şəbəkələr arasında ən aktiv olan "İnstagram”da paylaşırlar.
Qaynarinfo baku.ws-ə istinadən "İnstagram”da ən çox izlənilən məşhurları təqdim edir:
Top 10-da ilk pilləni müğənni Sevil və Sevinc bacıları tutur. Onların "İnstagram”da 2.6 milyon izləyicisi var.
2-ci yerdə aparıcı Zaur–Günay cütlüyü - 2.5 milyon;
3-cü yerdə müğənni Damla - 2.4 milyon;
4-cü yerdə xalq artisti Röya Ayxan - 2.2 milyon;
5-ci yerdə müğənni Xatirə İslam - 2.1 milyon;
6-cı yerdə aparıcı Vüsalə Əlizadə - 1,9 milyon;
7-ci yerdə müğənni Şəbnəm Tovuzlu - 1.8 milyon;
8-ci yerdə müğənni Roza Zərgərli - 1,6 milyon;
9-cu yerdə aparıcı Xoşqədəm Baxşəliyeva - 1.3 milyon;
10-cu yerdə bloger Aynişan Quliyeva və aparıcı, aktrisa Kəmalə Piriyeva - 1.2 milyon;
Şərhlər