Son bir neçə gündə südün qiyməti bahalaşıb. Fermerlərin sözlərinə görə , ötən illərlə müqayisədə südün hər bir litrinin qiymətində 10-30 qəpik arasında bahalaşma müşahidə olunur.
"Qaynarinfo" Xəzər TV-yə istinadən məlumatına görə, satıcılar bahalaşmaya səbəb kimi ən çox otun və yemin qiymətinin qalxmasını göstərir.
Bölgələrdə qiymət artımı paytaxt bazarlarına da təsirsiz ötüşməyib. Satıcılar əvvəlki vaxtlarla müqayisədə südü indi 20-30 qəpik daha baha alırlar.
Fermerlər deyirlər ki, ot və yem qiymətləri qalxmaqda davam edərsə, südün qiyməti daha da bahalaşa bilər.
Qaynarinfo.Az
Şərhlər