Talassemiya xəstəsi 3-cü qrup əlil olan gənc yeni PERFECT RATE CONSULTİNG MMC adlı şirkət yaradıb.
Şirkət maliyyə xidmtləri və tədris mərkəzi kimi fəaliyyət göstərəcək. Eyni zamanda işsiz gənclərə və talassemiyadan əziyyət çəkənlərə müxtəlif dəstək nümayiş etdiriləcək.
Şirkətin seminarları tam olaraq ödənişsiz olacaq. Bundan əlavə isə Talassemiya xəstəliyindən əziyyət çəkən gənclərin qeyri hökümət təşkilatı olan Savab Dünyası Talassemiya assosasiyası ilə də xeyriyyə məqsədləri ilə yaxından əməkdaşlıq ediləcək.
Şirkət bir sıra ilklərə də imza atmağı qarşısına məqsəd qoyub. Azərbaycanda ilk dəfə olaraq 7 saatlıq iş rejimini və tədris mərkəzini bitirən tələbələrin işlə təmin olunmasını tətbiq etməyi planlaşdırır.
Şərhlər