Xəbər lenti

Azərbaycanda tanınmış iş adamı vəfat etdi (FOTO)
Ölkə 09:47 23.01.2021

Azərbaycanda tanınmış iş adamı vəfat etdi (FOTO)

Tanınmış iş adamı, "Taimex” şirkətinin və "Ağsu” araq zavodunun sahibi Tahir Yusifov koronavirusdan vəfat edib. 

Bu barədə "Qafqazinfo”ya mərhumun yaxınları məlumat veriblər. Onun bu gün gecə saatlarında dünyasını dəyişdiyi bildirilir.

İş adamı bir neçə gündür Mərkəzi Gömrük Hospitalında müalicə alsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Xatırladaq ki, T. Yusifov əslən Tovuz rayonundandır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->