Xəbər lenti

Azərbaycanda TV və radionun elektromaqnit təsiri təhlükəlidirmi?
Ölkə 22:10 12.03.2018

Azərbaycanda TV və radionun elektromaqnit təsiri təhlükəlidirmi?

Bakı və Abşeron yarımadası ərazisindəki teleradiostansiyaların elektromaqnit şüalarının səviyyəsi normanı keçmir.

Qaynarinfo xəbər verir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.

Hazırda Dövlət Radiotezliklər İdarəsinin (DRİ) radiomonitorinq şöbəsinin mütəxəssisləri Bakı teleqülləsinin siqnalının bir sıra yaşayış məntəqələrində elektromaqnit sahəsinin gərginliyinin təhlilini həyata keçirir. Bildirilib ki, analoji işlər Azərbaycanın rayonlarında da aparılır.
Qeyd edək ki, ölçmə işləri rüblük olaraq aparılır. Əldə olunan məlumatlar əvvəlki göstəricilərlə müqayisə olunur və elektromaqnit gərginliyin artması müşahidə olunarsa DRİ mütəxəssisləri optimallaşdırma işlərini həyata keçirir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->