Xəbər lenti

Azərbaycanda ucuz qiymətə idxal ət satılır? (VİDEO)
Ekonomiks 09:19 04.07.2026

Azərbaycanda ucuz qiymətə idxal ət satılır? (VİDEO)

Bazarlarda alıcılara 11-12 manata dondurulmuş quzu əti təklif olunur.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Televiziyasının (AzTV) videomaterialında deyilir:

Satıcılar bildirirlər ki, bu ət Monqolustandan gəlir. Alıcıların bəziləri bu əti alsalar da, digərləri yerli məhsullara üstünlük verirlər.

Qida üzrə ekspert Seymur Qafarov qeyd edir ki, dondurulmuş əti keyfiyyətsiz hesab etmək düzgün deyil:

"Bu tip ətlər sadəcə zaman olaraq daha uzun müddət saxlanılmaq üçün nəzərdə tutulur".

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->