Ölkə 10:59 15.04.2021

Azərbaycanda universitetin filialı karantinə bağlandı

Azərbaycan Dövlət Pedaqoji Universitetin Şəki filialı karantinə bağlanıb.

Universitetin mətbuat katibi Cavid Hüseynov APA-ya açıqlamasında bildirib ki, universitetdə dərslər distant formada təşkil olunur: "Nazirlər Kabinetinin qərarı ilə universitetin 30 faiz işçisi universitetdə işə davam edirdi. Hazırda həmin 30 faiz işçi arasında çoxlu sayda koronavirusa yoluxma qeydə alındığı üçün universitetdə iş rejimi 2 həftəlik karantinə bağlanıb”.