Ölkə 08:34 16.10.2021

Universitetin prorektoru xərçəngdən vəfat etdi

Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Məmmədov Fəxrəddin Həsən oğlu dünən uzun sürən xəstəlikdən vəfat edib.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, o, uzun müddət müalicə olunduğu xərçəng xəstəliyindən dünyasını dəyişib.

Qeyd edək ki, F.Məmmədov 1950-ci ildə anadan olub. O, 2014-cü ildə prorektor vəzifəsinə təyin olunub.