Zaqatalada polis əməkdaşına xəsarət yetirilib.
Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə ötən gecə Zaqatala şəhəri ərazisində qeydə alınıb.
Zaqatala şəhər sakini, 35 yaşlı Səbuhi Qurban oğlu Allahverdiyev aralarında yaranmış mübahisə zəminində, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşı, polis nəfəri, 1981-ci il təvəllüdlü Atayev Nəcməddin Murtuzəli oğlunun qulağını dişləyib. Bundan başqa S. Allahverdiyev polis əməkdaşının sinə nahiyəsinə də xəsarət yetirib.
Polislə qarşıdurma zamanı S. Allahverdiyev də xəsarət alıb. Hər iki yaralı Zaqatala MRX-ya müraciət edib.
Xəstəxanadan həmçinin bildirilib ki, polis əməkdaşı N. Atayev və vətəndaş S. Allahvediyevə ilkin tibbi yardım göstərilib, daha sonra onların hər ikisi ambulator müalicə almaq üçün evə buraxılıb.
Zaqatala Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləsələr də, əlavə məlumat verilməyib: “Faktla bağlı araşdırma aparılır”.
Qaynar.info
Şərhlər