Sənət 21:17 27.02.2015

Azərbaycanda yaşı 2250 il olan dəmir heykəl tapıldı - FOTOLAR

Füzulidə aşkarlanan tarixi abidə alimləri heyrətə salıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Bala Bəhmənli kənd qəbiristanlığında 2250  yaşı olan dəmir uşaq heykəli tarixçilərin marağına səbəb olub.
 
Hündürlüyü 10 sm, ağırlığı isə 400 qram olan dəmir oğlan heykəli yerli sakinlər tərəfindən tapılıb və Füzuli Tarix Diyarşünaslıq Muzeyinə təhvil verilib. Muzey rəhbərliyi isə tapıntını araşdırmaq üçün  Azərbaycan Milli Elmlər Akademiyasına göndərib. AMEA-nın alimləri aşkarlanan dəmir heykəlin eramızdan əvvəl təxminən 250 il əvvəl hazırlandığını müəyyən ediblər.


Qaynar.info