Azərbaycanda yeni İnkişaf Strategiyasının hazırlanması təklif edilir

Azərbaycanda yeni İnkişaf Strategiyasının hazırlanması təklif edilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu il sosial və humanitar sahələrdə öz fəaliyyətini yeni layihələrlə və təşəbbüslərlə gücləndirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə "Report”a Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.

Onun sözlərinə görə, dünyada baş verən iqtisadi, sosial və insanların sağlamlığına zərər vuran problemlər nəzərə alınaraq, Azərbaycan xalqının birgə stabilliyinin qorunması istiqamətində yeni İnkişaf Strategiyasının hazırlanması vacibdir:

"Bunu nəzərə alaraq, xüsusilə də həssas kateqoriyadan olan ailələrə (aztəminatlı, şəhid, əliliyi olan), təkbaşına uşaqları böyüdən qadınlara və kişilərə və s. sosial həssas qrupa aid olan insanlara dəstək mexanizmi təkmilləşdirilməlidir. Ölkənin Ailə Strategiyasının, Qadın hüquqları və Gender bərabərliyi üzrə Milli Fəaliyyət Planının və Uşaq hüquqlarının müdafiəsi üzrə Strategiyalarının qəbul edilməsi vacibdir. Bu məsələnin prioritetliyi iqtisadi inkişafla bərabər şəkildə baxılmalıdır".

E.Səfərov bildirib ki, yeni çağırışlara, yeni problemlərə yeni yanaşma olmalıdır və yeni mexanizmlər tədbiq edilməlidir:

"Bizim vəzifəmiz vətəndaşın yanında olmaqdır, problemlərini dinləməkdir, həlli istiqamətində əlimizdən gələni etməkdir. Biz də bu fəaliyyətimizi davam etdirəcəyik. Bu günlərdə ən həssas kateqoriya ilə iş aparılır. Gəlin bir yerdə dövlətimizə dəstək olaq, sosial izolyasiya qaydalarına riayət edək".
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR