Azərbaycanda xəbər portallarının sırasına daha bir informasiya resursu qoşulub.
Bu barədə saytımıza yeni yaradılan APress.az portalının baş redaktoru, gənc sahibkar Mikayıl Mirzəzadə məlumat verib:
"APress.az (Azerbaijan Press) İnnovativ Media sloqanı ilə 2021-ci ilin fevral ayında təsis edilib. "APRESS MEDIA GROUP”-un tərkibində fəaliyyət göstərən APress.az saytında Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılacaq. Bundan başqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazılar işıqlandırılacaq. Redaksiyada və internet saytda «qaynar-xətt» fəaliyyət göstərir ki, oxucuların qarşılaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var. Bu gün regionda və dünyada baş verən proseslərin fonunda informasiya savaşında iştirak etmək, məlumatların obyektiv və qərəzsiz dərcinə nail olmaq əsas hədəflərimizdəndir. APress.az informasiya portalı olaraq Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, siyasi partiyaları, QHT-ləri, hüquq-mühafizə orqanlarını və özəl şirkətləri aktiv əməkdaşlığa dəvət edirik.
Şərhlər