Ölkə 17:11 26.03.2020

Azərbaycanda yüksək vəzifəli şəxs işdən çıxarıldı

Qazax Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi baş verib.

Qaynarinfo-nun Oxu.Az-a istinadən məlumatına görə, bu barədə icra başçısı Rəcəb Babaşov sərəncam imzalayıb. 

Sərəncama əsasən, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Tahir Musayev vəzifəsindən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.