Ölkə 10:08 20.01.2019

Azərbaycanda zəlzələ oldu

Ağsu rayonunda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, zəlzələ yanvarın 20-də yerli vaxtla saat 08:29-da Pirqulu stansiyasından 24 kilometr cənub-qərbdə qeydə alınıb.

Yeraltı təkanların maqnitudası 3.1 bal, dərinliyi isə 17 km olub.

Zəlzələ hiss olunmayıb.