Sağlamlıq 09:56 05.04.2019

Azərbaycandakı narkomanların sayı açıqlandı

"Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 32 minə yaxındır”. 

Bunu ONA-ya Respublika Narkoloji Mərkəzin direktoru Araz Manuçeri-Lalen deyib. 

O bildirib ki, 2018-ci ildə qeydiyyatda olan qadın narkotik istifadəçilərinin sayı təxminən 700 nəfər olub: "2017-ci illə müqayisədə rəqəmlərdə artım var, lakin bu, böyük artım deyil. Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin sayı dünya ölkələri ilə müqayisədə aşağıdır”.
 
A. Manuçeri-Lalen qeyd edib ki, ölkədə ən çox narkotik istifadəçiləri 24-40 yaş qrupları arasındadır, lakin 60, 70, hətta 80 yaşlı narkotik istifadəçilərinə də rast gəlinir.
 
Direktorun sözlərinə görə, 2018-ci ildə alkoqolizm diaqnozu qoyulan xəstələrin sayı 977 nəfər təşkil edib, qeydiyyatda olan qadın alkoqoliklərin sayı təxminən 300 nəfərdən çox olub.