Xəbər lenti

Azərbaycandan Çinə gedən vətəndaşların sayı azalıb: Səbəb həm də koronavirusdu
Ölkə 19:32 29.01.2020

Azərbaycandan Çinə gedən vətəndaşların sayı azalıb: Səbəb həm də koronavirusdu

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Ekspert Şurasının turizm bazarında apardığı ilkin monitorinqin nəticəsinə əsasən bu il yanvarın əvvəlindən Azərbaycandan Çinə gedən vətəndaşların sayında 50 faizə yaxın azalma müşahidə edilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Assosiasiyadan məlumat verilib.

Bildirilib ki, həmin müddətdə Çindən Azərbaycana gələn turistlərin sayında 20 faizə yaxın azalma qeydə alınır.

Assosiasiyadan verilən məlumata əsasən, "AZAL” martın 28-dək Çinə olan bütün uçuşları təxirə salıb:

"Dünən isə Çin Hava Yolları Azərbaycandan Çinə, Çindən Azərbaycana olan reysləri təxirə salıb və insanlara müraciət edib ki, fevral, mart ayına qədər bilet alan şəxslər ya biletin tarixini dəyişə, ya da geri qaytara bilərlər”.

Qeyd edilir ki, Azərbaycandan Çinə gedən vətəndaşların sayındakı azalmanı tam olaraq, həmin ölkədə koronavirusun yayılması ilə əlaqələndirmək olmaz:
"Məsələyə iki aspektdən yanaşmaq lazımdır. Bir səbəb Çində Yeni il şənliyinin uzun müddət keçirilməsi ilə bağlıdır. Digər səbəb isə koronavirusdur. Bu səbəbə görə ölkə vətəndaşları Çinə getməyə ehtiyat edirlər. Ona görə də Çinə getmək istəyən, tur paket alanlar arasından fevral-mart ayları üçün aldıqları biletlərini geri qaytaranlar olub”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->