Ölkə 17:49 24.10.2020

Azərbaycandan işğal olunmuş ərazilərdəki əsgər və könüllülərə müraciət: Silahı yerə qoyun

Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edib.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.