Sənət 17:16 16.05.2021

Azərbaycanı məşhur yarışmada o təmsil edəcək (FOTO)

Bu il Azərbaycanı "Slavyan bazarı” beynəlxalq müsabiqəsində təmsil edəcək müğənninin adı açıqlanıb.

Qaynarinfo xəbər verir ki, 14-19 iyul tarixində Belarusun Vitebks şəhərində baş tutacaq yarışmada Tofiq Hacıyev yer alacaq.

Yarışın açılışında Xalq artisti Emin Ağalarov, Tamara Qverdtsiteli , Nikolay Baskov, Dimaş Kudaybergen və başqa ulduzlar çıxış edəcək.

Müsabiqə Belarusun "Беларусь ТВ”, " Беларусь 24” və Rusiyanın "Россия 1” telekanalları vasitəsilə canlı yayımlanacaq.