Azərbaycanın ali məktəblərində gürcü dili mərkəzinin yaradılması imkanları nəzərdən keçiriləcək.
Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli və Azərbaycanın ali məktəblərinin rektorları arasında Bakıda keçirilmiş görüşdə müzakirə aparılıb.
Görüşdə Gürcüstan və Azərbaycan universitetləri arasında işçi qrupun yaradılmasına dair razılıq əldə olunub. İşçi qrup iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fəaliyyət göstərəcək. Qrupa Gürcüstan tərəfindən Qafqaz Universitetinin prezidenti Kaxa Şengeliya başçılıq edəcək.
İşçi qrupunun ilk görüşünün yaxın vaxtlarda Gürcüstanda keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bu il Tbilisidə Avropanın bir sıra ali məktəbində gürcüşünaslıq mərkəzlərinin yaradılması barədə memorandumlar imzalanıb. (APA)
Şərhlər