Xəbər lenti

Ölkə 17:46 15.10.2017

Azərbaycanın axtardığı şəxs Rusiyada tutuldu

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş şəxs Rusiya Federasiyası ərazisində tutulub.

"Qaynarinfo" lent.az-a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilən 1984-cü il təvəllüdlü Məsiyev Coşqun İlyas oğlu Rusiyanın Yeni Urenqoy şəhərində tutulub. Onun Azərbaycana ekstradisiya edilməsi istiqamətində iş aparılır.

Qeyd edək ki, C.Məsiyev Bakıda təqsirlənidirilən şəxs kimi məhkəmə qarşısına çıxarılıb. Lakin onun barəsində həbs-qətimkan tədbiri seçilmədiyindən o, ölkədən çıxa bilib.

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?