Ölkə 12:19 20.10.2018

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyada saxlanıldı

Axtarışda olan şəxs Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya olunub.

Daxili İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, İnterpolun Milli Mərkəzi Bürosu və Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Çingiz Qasımov Rusiya Federasiyasının ərazisində saxlanılmışdı.