Xəbər lenti

Azərbaycanın boşanan məşhurları (FOTOLAR)
Maqazin 18:02 26.08.2017

Azərbaycanın boşanan məşhurları (FOTOLAR)

Azərbaycan şou-biznesdə məşhurlar həm ailə qurmaqları ilə, həm də boşanmaqları ilə gündəmə gəlirlər. 

"Qaynarinfo" big.az-a istinadən boşanan məhşurların adlarını təqdim edir:

Müğənni Faiq Ağayev 2004-cü il dekabrın 21-də ailə quran xalq artisti 2 il sonra boşanıb. Uşağı yoxdur.


Azərbaycanlı model Günay Musayeva ilə türkiyəli aktyor Tolqa Karel rəsmi şəkildə boşanıblar. Ayrılan cütlüyün Cahangir adlı oğlu da var.


2013-cü ildə ayrılan aparıcılar Azər İsmayılov və Vüsalə Əlizadənin Dilək adlı bir qızları da var.


Elşad Xose-Oksana Rəsulova 2012-ci ildə rəsmi nikaha daxil olub. Ən qısa evlilik müddəti hesab etmək olar. Uşaqları yoxdur.


Zamiq Hüseynov-Nigar Rəfiyeva ilə 2009-cu ildə ailə qurub. Onların evlilikləri bir neçə ay davam edib. 


Fuad Əlişov (rejissor)-Sevinc Əlişova. Cütlük 2016-cı ilə boşanıb. Əkiz uşaqları var.


Xalq artisti Məleykə Əsədova bir dəfə ailə qurub boşanıb. Bir qızı var.


Samirə Mustafayeva və Vaqif Aydınoğlu 2006-cı ildə ailə həyatı qurublar. Onların bu evlilikdən Nuran adlı bir qız övladı dünyaya gəlib.


Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->