Ölkə 15:46 27.03.2020

Azərbaycanın bütün şəhər və rayonlarına giriş-çıxış məhdudlaşdırıldı (RƏSMİ)

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundan başqa digər şəhər və rayonlara da giriş-çıxış məhdudlaşdırılıb. 

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov APA-ya bildirib ki, bu addım xüsusi karantin rejimi çərçivəsində insanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.