Ölkə 15:36 03.12.2019

İmtahan mərkəzlərində üzün tanınması sistemi tətbiq olunacaq

Gələn ildən etibarən Azərbaycan üzrə bütün imtahan mərkəzlərində üzün tanınması sistemi tətbiq olunacaq.

Qaynarinfo xəbər verir ki, bunu "APA-Economics"ə "Bakinity” şirkətinin icraçı direktoru Eldar Qurbanov deyib.

Onun sözlərinə görə, ilkin olaraq sistem bu il Bakıda pilot rejimində tətbiq olunub.

"Bu sistemin tətbiqi imtahan zamanı qarşılaşa biləcək saxtakarlığın qarşısını almağa imkan yaradır. Qeyd edim ki, sistem həmçinin ölkədə hüquq-mühafizə orqanları tərəfindən də sınaqdan keçirilib və əminəm, yeni sistem yaxın iki il ərzində ölkədə geniş tətbiq olunacaq", - deyə E.Qurbanov qeyd edib.