Azərbaycanın məşhur müğənnisi indi küçələrdə dilənir (VİDEO)
Vaxtilə böyük səhnələrdə çıxış edən müğənni, mərhum meyxanaçı Nizami Rəmzi ilə "Aşiq canan" mahnısını duet ifa edən Əzizə xanım indi acınacaqlı vəziyyətdə yaşayır və küçələrdə dilənir.
Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, bu haqda müğənni Roza Zərgərli "Bakı vaxtı ilə" və "ATV maqazin onlarla" verilişində məlumat verib.
Əzizə xanıma kömək etmək istəyən R. Zərgərli bildirib ki, hazırda onun axtarışındadır və bununla bağlı aparıcısı olduğu "Bakı vaxtı ilə" verilişində artıq tamaşaçılarına da müraciət edib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər