Xəbər lenti

Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağdı (FOTO)
Foto 10:15 27.10.2018

Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağdı (FOTO)

Azərbaycanın şimal-qərb bölgəsinə ilk qar yağıb.

Qaynarinfo "Report”a istinadən xəbər verir ki, oktyabrın 25-dən 26-ə keçən gecədən başlayaraq ölkənin şimal-qərb bölgəsində qeyri sabit hava şəraiti höküm sürüb.

Bölgəyə fasilələrlə yağış yağıb, bölgənin düzənlik ərazilərində havanın hərarəti müsbət 8 dərəcəyə qədər aşağı düşüb. Oktyabrın 26-dan 27-ə keçən gecə isə Böyük Qafqaz dağlarının cənub ətəyinin Şəki, Qax, Zaqatala və Balakən rayonlarına düşən hissəsinə ilk qar yağıb.

Bundan əvvəl Qəbələ rayonu ərazisində zəlzələ olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->