Xəbər lenti

Azərbaycanın sığorta bazarı 40% böyüyüb
Ekonomiks 16:14 21.09.2018

Azərbaycanın sığorta bazarı 40% böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkəti 517 mln. manata yaxın məbləğində sığorta haqqı toplayıb.

Qaynarinfo Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,1% çoxdur.

8 ay ərzində sığorta şirkərlərinin ödənişləri isə 169 mln. manata yaxın olub ki, bu da illik müqayisədə 0,9% çoxdur.

Hesabat dövründə könüllü sığorta bazarı üzrə haqlar 375 mln. manat, ödənişlər isə 125 mln. manat, icbari sığorta bazarı üzrə haqlar 142 mln. manat, ödənişlər isə 44 mln. manat təşkil edib.

Yanvar-avqust aylarında sığorta şirkətləri topladıqları hər 100 manat sığorta haqqının 32,6 manatını ödənişə yönəldib. Bu rəqəm 1 il bundan əvvəl 45,3 manat olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->