Ölkə 17:39 24.05.2019

Azərbaycanlı ailə Almaniyadan deportasiya olunub

Almaniyanın Magderburg şəhərinə daimi yaşamaq üçün köçmüş azərbaycanlı ailə deportasiya olunub.

"Report”un məlumatına görə, əslən Azərbaycanın Astara rayonundan olan Ukrayna vətəndaşı Əliyev Baloğlan Şirməmməd oğlu həyat yoldaşı və 3 azyaşlı uşaqları ilə birlikdə artıq Berlindən Ukraynaya yola salınıb.

Onların hansı səbəbdən ölkədən çıxarılması açıqlanmayıb.

Azərbaycanlı ailə qərarla bağlı məhkəməyə şikayət etsə də, miqrasiya orqanları onların ölkədə qalmasına imkan verməyib.