Aktrisa Ülfət Bəşir ikinci mərtəbədən yıxılaraq, xəsarət alıb.
Qaynarinfo xəbər verir ki, aktrisa bu barədə "Instagram" səhifəsində məlumat verib.
Ülfət Bəşir bildirib ki, hadisə film çəkilişləri zamanı baş verib:
"Dünən "Əfsanə qayıdır” filminin setində çox çətin bir səhnəm var idi. 2-ci mərtəbədən yıxılmalı idim. Filmin rejissoru həmin səhnə üçün dublyor gətirsə də, mən istəmədim və özüm oynadım. Nəticəsi isə belə oldu. Əsas odur ki, işimi sevə-sevə görürəm".
Şərhlər