Video 12:06 27.09.2019

Azərbaycanlı Almaniyada münsifləri heyrətləndirdi (VİDEO)

Almaniyanın məşhur "The Voice” müsabiqəsində azərbaycanlı ifaçı səhnəyə çıxıb. 

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, Seyran İsmayılov yarışmada Türkiyənin pop ulduzu Mustafa Sandalın repertuarına müraciət edib. 

O, "Aya benzer” ifası ilə 4 münsifi özünə çevirə bilib. Seyran azərbaycanlı olduğunu, lakin Almaniyada yaşadığını qeyd edib. O, daha sonra Azərbaycanın məşhur "Sənə də qalmaz" mahnısını səsləndirib. Pianinoda isə Seyranın anası ifa edib. 

Qeyd edək ki, Seyran  bir neçə dəfə "Eurovision”un Azərbaycan üzrə milli seçim turlarında iştirak edib.