Xəbər lenti

Azərbaycanlı aparıcının evini soydular (FOTOLAR)
Foto 14:47 09.01.2019

Azərbaycanlı aparıcının evini soydular (FOTOLAR)

Radio aparıcısı Aygün Akifin evinə oğrular girib. 

Bu haqda o, özü sosial şəbəkədə yazıb. Evinin fotolarını paylaşan aparıcı artıq ikinci dəfədir belə halla qarşılaşdığını açıqlayıb:

"Günün gündüz çağı evimə basqın edib nə var, nə yox talayıb aparıblar. Polis və əməliyyatçılar gözləyir ki, vicdansız evdəkilərin başını kəssin. 102 xidməti nə üçün yaradılıb? Bu il ikinci dəfədir evimizi bu hala salırlar. 

Vallah, çox "rahat” və "hüzurlu” yatırıq.  Sabah səsimiz gəlməsə, bilin ki, bizi öldürüblər. Sabaha çıxmağa ümidim yoxdur. Buna dözə bilmədim və paylaşdım. Vurulan maddi ziyan nə zamansa geri qayıdacaq. Amma mənim valideynim bir daha əvvəlki kimi olmayacaq”.

Hazırda Ukraynada olan radio aparıcısı modern.az-a açıqlamasında 30 min dollar dəyərində ziyana düşdüklərini bildirib: 

"Reklam çəkilişləri üçün üç günlük Ukraynaya gəlmişəm. Görünür oğrular mənim evdə olmamağımdan istifadə ediblər. Baxıblar maşınım da yoxdur həyətdə, rahat şəkildə çirkin məqsədlərini həyata keçiriblər. Hadisə günün gündüz çağı baş verib.
 
Oğrular mənim otağım tərəfdən dəmir barmaqlıqları çıxarıb pəncərəni açıblar  və çox rahat şəkildə evə daxil olublar”.
 
A.Akif bildirib ki, evdən təxminən 30 min dollarlıq pul və qızıl-zinət əşyaları aparıldığını deyib:
 
"30 min dollardan yuxarı ziyan dəyib. Oynanan külli miqdarda lotoreya pulları bizim evimizdə idi. Hər şeyi çox rahat şəkildə yığışdırıb aparıblar”.
 
Aparıcı hadisənin anası Kərimova Bahar Talıb qızı tərəfindən aşkarlandığını bildirib:
 
"Anam axşam təxminən 8 radələrində evə daxil olanda oğurluq baş verdiyini başa düşüb. 102-ə zəng edib, amma polis çox gec-4 saat sonra gəlib. Maraqlıdır ki, oğrular darvazadan rahat şəkildə çıxıblar”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->