Sosial şəbəkələrdə azərbaycanlı və erməni qızın birlikdə "Mi gna" (Getmə) mahnısını ifa etməsinə dair video yayılıb.
Qaynarinfo haqqin.az-a istinadən xəbər verir ki, videoda mahnını Rusiyada yaşayan Kima Xudoyan rəfiqəsi Aytənlə birgə ifa edir.
Erməni qruplarından birinin isə "Instagram" səhfəsində qızların ifasını paylaşması müzakirəyə səbəb olub. Videoya edilən şərhlərdə erməni istifadəçiləri "Halaldı", "yeni nəsil nifrət və intiqam yükü olmadan böyüməlidir", "pis millət yoxdur, pis insanlar var", "İranda ermənilər və azərbaycanlılar çox yaxşı dostluq edirlər bu Rusiyada da mümkündür" - deyə qeyd ediblər.
Xudoyan xoş sözlər üçün izləyicilərə təşəkkür edib.
Şərhlər