Azərbaycanlı baş məşqçi Küveyt millisini çalışdıra bilər

Azərbaycanlı baş məşqçi Küveyt millisini çalışdıra bilər

Küveyt Futbol Federasiyası azərbaycanlı məşqçiyə təklif göndərib. Ərəblər Qəhrəman Əliyevi öz ölkələrinə dəvət edib.

Təbii ki, adi səfərə yox, yeni işə. Ona təklif olunan iş yeniyetmələrdən ibarət yığmanı çalışdırmaqdır. Söhbət Küveytin 16 və 17 yaşlılardan ibarət millilərindən gedir.

Əliyevlə əlaqə saxlayan federasiya rəhbərliyi ona bu iki komandadan birini götürə biləcəyini söyləyib. Tanınmış mütəxəssis qəti qərarını bildirməsi üçün sentyabrın əvvəlinədək vaxt verilib.

Qəhrəman Əliyev Azərbayxan futbolu tarixində Premyer Liqada ən çox oyun keçirmiş baş məşqçidir. O, vaxtilə «Viləş»i iki dəfə UEFA İntertoto Kubokuna çıxarıb. Həmçinin «Şəmkir»i çempion edib.

Bundan başqa, «Masallı»nı Premyer Liqaya yüksəldib. «Bakı»nın əvəzedici heyətinə və U-19 komandasına Azərbayxan çempionatının qızıl medallarını qazandıırıb. 

Mənbə: Sportinfo.az
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR