Xəbər lenti

PFL kollektivində media nümayəndələrinə üstünlük verilmə səbəbi açıqlandı
İdman 15:15 29.06.2025

PFL kollektivində media nümayəndələrinə üstünlük verilmə səbəbi açıqlandı

"Düşünürəm ki, Azərbaycan futbolunda işləyəcək şəxslər ölkə futbolu ilə maraqlanan şəxslər olmalıdır”.

Bu barədə Teleqraf-a Peşəkar Futbol Liqasının (PFL) Media və marketinq direktoru Sənan Abdullayev açıqlama verib.

Abdullayev PFL kollektivinin fəaliyyətini dəyərləndirib: "Çox insanın futboldan anlayışı ola, futbola baxa bilər. Amma Avropa futboluna baxmaqla Azərbaycan futbolunu izləmək fərqli anlayışlardır. Ona görə də media nümayəndələrində Azərbaycan futbolu haqqında daha çox informasiya var və onlara işi izah etmək bir o qədər də çətin deyil”.

Ətraflı
Qurum rəsmisi media nümayəndələrinin hazırda futbolda və idmanın müxtəlif sahələrindəki işini aktiv və yüksək qiymətləndirib: "Düşünürəm ki, media nümayəndələrinə üstünlük verməyimizin səbəbi onların zəhmətkeş, işlədikləri sahələrdə vəzifələrinin öhdəsindən maksimum gəlmə bacarıqları və onların iş yükünün daim böyük olmasına bağldıır. Bizim işə cəlb etdiyimiz əməkdaşlar istər mediadan olsun, istərsə də klublardan, klubların mətbuat xidmətlərindən olsun, hər biri ən qısa zamanda uyğunlaşma prosesi keçir və belə deyək, özlərini bir daha sübut edirlər. Özünüz də görürsünüz ki, onlar öz işlərini mükəmməl həyata keçirirlər”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->