Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Kəpəz" iki futbolçu ilə müqavilə müddətini yeniləyib.
Klubdan Qaynarinfo-ya verilən məlumata görə, ötən mövsümdən Gəncə təmilçisində çıxış edən Mahamadu Ba və Paçu Lira ilə iki illik anlaşma imzalanıb.
Hücumçu mövqeyində oynayan Paçu son çempionatda 27 oyun keçirərək 4 qol vurub, eyni sayda assist edib. Yarımmüdafiəçi olan Ba isə 25 matçda meydana çıxıb. Malili oyunçu azarkeşləri 3 qolla sevindirib.
Şərhlər