"Neftçi”nin və Azərbaycan milli komandasının sabiq futbolçusu Kamil Bayramov Rostov OİK-inin yeni baş məşqçisi təyin edilib.
Qaynarinfo Sport24-ə istinadən xəbər verir ki, Rostov təmsilçisinin baş direktoru Sergey Çebotaryov və idman direktoru Oleq Dovqalyov 45 yaşlı azərbaycanlı mütəxəssis və onun köməkçisi Aleksandr Tatarkini komanda üzvlərinə təqdim ediblər.
Bayramov daha öncə "hərbçilər”in gənclər komandası ilə işləyib. O, vilayət çempionatının ali liqasında çıxış edən "SKA-2-DQTU” klubuna da başçılıq edib.
A lisenziyalı Bayramov "Neftçi”nin heyətində həm ölkə çempionu, həm də kubokun qalibi olub.
Şərhlər