Azərbaycanın Saxalin vilayəti üzrə regional bölməsinin diaspor rəhbəri Nazir Hətəmov "Dədə Qorqud” Milli Fondunun Ağsaqqallar Şurası tərəfindən "Qızıl Ürək” medalı ilə təltif olunub.
Qaynarinfo xəbər verir ki, diaspor rəhbəri Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun düzgün formalaşması və hərtərəfli inkişafında, onların aktiv fəaliyyətlərində, Azərbaycan və Rusiya arasında mədəni, dostluq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında, Azərbaycanı xaricdə layiqincə təmsil və təbliğ etməsi, diaspor fəaliyyətində xüsusi xidmətləri nəzərə alınaraq təltif edilib.
Mükafatı Nazir Hətəmova "Dədə Qorqud” Milli Fondunun rəhbəri və "Azərbaycan Dünyası” jurnalının baş redaktoru Eldar İsmayılov təqdim edib. Təqdimat mərasiminə Rusiyaın azərbaycanlı deputatları və Azərbaycan Milli Məclisinin üzvləri, diaspor rəhbərliyi və diasporlar üzvləri qatılıb.
Şərhlər