Mayın 2-6-sı tarixlərində Ukraynanın Xarkov şəhərində 32 ölkənin iştirakı ilə kempo-karate və kobudo növləri üzrə növbəti dünya çempionatı keçirilib.
Qaynarinfo xəbər verir ki, 32 ölkənin iştirakı ilə keçirilən dünya çempionatında Azərbaycan əsilli Fərid Əzizov da iştirak edib.
İdmançı 3 növ üzrə tatami üzərinə çıxıb. Kişilər arasında kempo-karate növü üzrə 80+ çəki dərəcəsində döyüşən F.Əzizov Ukrayna, Konqo, Macarıstan və Kanadanı təmsil edən rəqibləri üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb, bu növ üzrə dünya kuboku və dünya kəmərinin sahibi olub.
Fərid Əzizov, həmçinin kabudo növləri üzrə 18+ yaş dərəcəsində özünümüdafiə və tərk-silahdan 1-ci yerin sahibi olub.
Kempo-karate növlərinin kata mərhələsində 18+ yaş kateqoriyasında öz gücünü sınayan idmançımız 3-cü yerdə qərarlaşıb.
Beləliklə, Fərid Əzizov beynəlxalq turnirdə aktivinə iki qızıl və bir bürünc medal daxil edib.
Avstriyada yaşayan azərbaycanlı Fərid Əzizov orada Avstriya Azərbaycanlıları Diasporunun sədri vəzifəsini icra edir.
Fərid Əzizov mayın 2-dən 6-dək Ukraynanın Xarkov şəhərində keçirilmiş kempo-karate və kabudo növləri üzrə kişilər arasında açıq dünya çempionatında iştirak edib. (modern.az)
Şərhlər