Xəbər lenti

İdman 11:36 08.03.2020

Azərbaycanlı futbolçu Gürcüstan klubuna qələbə qazandırdı

Gürcüstan çempionatında II turun oyunları keçirilir. 

Qaynarinfo xəbər verir ki, Nicat Qurbanovun formasını geyindiyi "Samtredia” doğma meydanda Kutaisi "Torpedo"su ilə qarşılaşıb. 

Azərbaycanlı futbolçunun komandası bu oyundan qalib ayrılıb - 1:0. Nicat Qurbanov meydana start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 Komandasının yeganə qolunu da məhz futbolçumuz vurub. 28 yaşlı hücumçu 13-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.
 
Bununla da "Samtredia” cari mövsüm ilk qələbəsini qazanıb və hazırda 3 xalla 10 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->