İdman 11:49 12.11.2018

Azərbaycanlı futbolçu Latviyada çempion və bombardir oldu

Latviyanın I liqasında mövsümə yekun vurulub.

Qaynarinfo xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun çıxış etdiyi "Dauqavpils” mövsümün sonuncu oyununda "Tukums 2000” ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.

Start heyətində meydana çıxan Vüqar 67-ci dəqiqədə əvəzlənib. Bununla da "Dauqavpils” mövsümü çempion kimi başa vurub və yüksək liqaya vəsiqə qazanıb. 25 oyuna 67 xal toplayan Vüqarın komandası ən yaxın izləyicisini 8 xal qabaqlayıb.

Vüqar Latviya çempionu olmaqla yanaşı, həm də mövsümü bombardir kimi başa vurub. Əsgərov geridə qalan mövsümdə rəqib qapılarından 31 top keçirib. Onun ən yaxın izləyicisi isə 29 qola imza atıb.