İdman 19:59 21.01.2022

Azərbaycanlı futbolçu Yunanıstan klubuna keçdi

"Səbail"in futbolçusu Turan Manafov Yunanıstanın "Olimpiakos Volos” klubuna keçib.

Qaynarinfo Bakı təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı cinah müdafiəçisi sözügedən komandada icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, Turan Manafov 2019-cu ildən "Səbail"də çıxış edir. 2-ci liqada mübarizə aparan "Olimpiakos Volos" 10 oyundan sonra 9 xalla 17 komanda arasında 15-ci pillədə qərarlaşıb.

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?