Xəbər lenti

Azərbaycanlı gənc Rusiya kanalında millətini təhqir etdi (VİDEO)
Ölkə 13:02 10.10.2017

Azərbaycanlı gənc Rusiya kanalında millətini təhqir etdi (VİDEO)

Rusiyanın “THT” kanalında azərbaycanlı gənc atasının timsalında həm azərbaycanlıları, həm də müsəlmanları təhqir edib.

"Qaynarinfo"nun A24.az-a istinadən məlumata görə, 23 yaşlı Ruslan Həsənov “Açıq Mikrafon” yarışmasına qatılıb. Yarışmada iştirakçıya verilən vaxt ərzində studiyada əyləşən münsif və tamaşaçıları güldürməlisən. Çıxışına ilk olaraq atasından başlayan gənc sanki dedikləri ilə hansısa mesajı verməyə çalışıb:

“Mənim çox qeyri-adi ailəm var. Mənim atam azərbaycanlı, anam isə rusdur. Bir çoxlarının uşaqlıqda valideynlərindən sirr saxladığı anlar olur. Mənim də sirrim var idi. Belə ki, məni atamdan gizlin xaç suyuna çəkiblər. Çünki o müsəlmandır və həmişə onunla gəzmək mənim üçün qorxulu olub. Birincisi, biz hər zaman onun hansısa azərbaycanlı dostu ilə gəzirdik. İkincisi də, onunla harasa gedəndə xaçı çıxartmaq məcburiyyətində qalırdım”.

“Bir çox qızlar xarici vətəndaşlarla ailə həyatı qurur ki, onların övladları gözəl olsun. Amma mənim anam azərbaycanlıya ərə gedib və mən doğulmuşam. Bu nə sifətdir? Mister Binə oxşayıram…”

Daha sonra azərbaycanlı gənc atasının təkcə müsəlman deyil, həm narkoman olmasını da lağ edərək tamaşaçıları güldürməyə çalışıb:

“Minnətdaram ki, atama görə mənim çox maraqlı uşaqlığım olub. Təkcə azərbaycanlı olduğuna görə yox, həm də narkaman olduğu üçün …  Lakin mənim atam həm də müsəlmandır və ona spirtli içki içmək olmaz. O zaman nə etməli idi?” deyərək, Ruslan Həsənov 4 dəqiqəlik çıxışı ancaq azərbaycanlı atasının üzərində qurub.

Rusiya mediasında yayımlanan görüntüləri təqdim edirik:


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->